Valideynsiz uşaqların hüquq və mənafeləri necə müdafiə olunur? - QANUN
10:53 08 Fevral 2020
Son statistikaya görə, Azərbaycanda 737 yetim uşaq var.
Uşaqlar valideynsiz qaldığı halda uşaqların hüquq və mənafelərinin müdafiəsinin təmin edilməsini dövlət öz üzərinə götürür. Bu hansı hallarda baş verir?
- Valideynlər öldükdə
- valideynlik hüquqlarından məhrum olunduqda
- valideynin hüquqları məhdudlaşdırıldıqda
- valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə
- valideynlər xəstələndikdə
- uzun müddət uşaqlarla birlikdə olmadıqda
- valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda
- tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə.
Uşağın yaşayış yeri üzrə İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası müvafiq işləri həyata keçirir.
Bu məsələ aşağıdakı qanunvericilik aktları ilə tənzimlənir:
- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114-1-ci və 115-ci maddələri;
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.4-cü maddəsi;
- "Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı qüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №-li Fərmanının 2-ci bəndinin 9-cu abzası;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 sentyabr tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydaları, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydası və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydası";
- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.6.5 və 4.6.15-ci yarımbəndləri.
Valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatlara malik doğum evləri məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və başqa vətəndaşlar bu barədə məlumatları İcra Hakimiyyətində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanına verir. ŞİH yanında Qəyyumluq və Himayə Orqanı bu məlumatları aldıqdan sonra üç gün müddətində uşağın həyat şəraitini müəyyən edir və uşağın yerləşdirilməsi üçün aidiyyəti üzrə müvafiq İcra Hakimiyyəti orqanına (3 yaşınadək uşaqların müvafiq dövlət müəssisəsinə yerləşdirilməsi üçün Təhsil Nazirliyinə, 3 yaşından yuxarı uşaqların yerləşdirilməsi üçün Səhiyyə Nazirliyinə) məktubla müraciət edir.
Daha sonra uşaq müvafiq internat tipli bağça və ya məktəbə yerləşdirilir.
Hazırladı: Amin Nəzərli
Femida.az
Oxunub: 1811
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Valideynlərlə təşkilatçılar arasında insident: Yaralılar ortada qaldı
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- XİN: "Ukraynada valideynləri həlak olan 3 azərbaycanlı uşaq Vətənə gətirilib"
- Küçələrdə dilənçilik edən 450 uşaq aşkarlanıb, 75 valideyn cəzalandırılıb
- Zelenski rusiyalı hərbi çağırışçıların valideynlərinə müraciət edib
- Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı fərdi inkişaf planları hazırlanacaq
- Azərbaycanda valideynlik hüquqlarından məhrumetmə qaydası dəyişib