Rusiya idmançıları Türkiyəyə getməkdən imtina etdi


03:15     28 Noyabr 2015 dac0e029ea9f22d911f2a0375f9dc683.jpg

Rusiya samboçuları İstanbulda, dekabrın 4-dən 7-dək keçiriləcək Avropa Çempionatına qatılmayacaq.

APA-nın “Hürriyət”-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Sambo Federasiyasının prezidenti Maksim Borisov bildirib.

Onun sözlərinə görə, yaşanan son hadisələrlə əlaqədar Türkiyəyə getməmək qərarı verilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Sambo Federasiyasının fəxri prezidentidir.

Açar sözlər:

Oxunub: 1140