DİN Bərdədəki qəza ilə bağlı məlumat yazdı


14:14     08 Fevral 2020 din-den%20seyyar%20xidmet5.jpg

Bərdədə ölümlə nəticələnən avtomobil toqquşması baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 7-də saat 09:00 radələrində Bərdə rayonunun Alpoud kəndinin ərazisində rayon sakini R.Qasımovun və Mingəçevir şəhər sakini N.Fərəcovun idarə etdikləri “VAZ” markalı 2 avtomobil toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Qasımovun sərnişini, həmyerlisi Adilə Əzizova orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 769