Naxçıvanda 48 mindən çox şəxsin pensiyası artırıldı
12:39 08 Fevral 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2020-ci il 6 fevral tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, həmin sərəncama əsasən, əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 16,6 faiz artırılacaq. Artımlar muxtar respublika üzrə 48 mindən artıq əmək pensiyaçısına şamil ediləcəkdir. Sərəncamın icrası məqsədilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi, onun şəhər və rayon şöbələri tərəfindən müəyyən işlər görülür.
Muxtar respublikada indeksləşmə qısa müddət ərzində yekunlaşdırılaraq bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar yanvar ayının artımları da daxil olmaqla 2020-ci il fevral ayının pensiya ödənişində əmək pensiyaçılarına ödəniləcək. Həmçinin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublika üzrə fərdi uçotsistemində qeydiyyatda olan sığortaolunanların fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılacaq.
Femida.az
Oxunub: 636
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM