FHN və polis birləşib vətəndaşa yardım etdi - Evlər yanğından xilas edildi


16:24     08 Fevral 2020 20_02_08_1581152089.jpg


Polislər Qubada kənd sakinlərinin köməyinə çatıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, fevralın 7-də səhər saatlarına Quba Rayon Polis Şöbəsinə rayonun ucqar dağ kəndlərindən olan Qarxun kəndi ərazisində yerləşən bir neçə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon mərkəzindən təxminən 75 km aralıda yerləşən kəndə yollanıblar.
Baş verən yanğın hadisəsinə RPŞ və FHN-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçiriblər. Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların digər yaşayış evlərinə keçməsinin qarşısının alınmasında böyük köməklik göstəriblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının baş vermə səbəbləri araşdırılır.











Femida.az

Açar sözlər:

Oxunub: 831