Siyəzən sakininin evindən silah oğurlanıb


14:30     08 Fevral 2020 ov-tufengi.jpg

Siyəzəndə silah oğurlayan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində V.Sadıqovun evindən müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qalaşıxı kənd sakini N.Mütəllimov saxlanılıb.

Ondan 2 ədəd tüfəng götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun 2 nəfərlə birgə 3 avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 862