FHN Səbail rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb


15:07     08 Fevral 2020 fhn-003211.jpg

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, hadisə nəticəsində ev əşyaları da yanıb.

Hadisə yerinə gələn FHN-in yanğından mühafizə bölmələri tərəfindən bitişik evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Açar sözlər:

Oxunub: 714