Abituriyentlərin nəzərinə: V ixtisas qrupunda bəzi ixtisaslar ləğv olundu, yeniləri yaradıldı


16:48     08 Fevral 2020 20_02_08_1581154201.jpg


Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişikliklər haqqında qərar imzalayıb.

Femida.az xəbər verir ki, bu qərarla V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.

Belə ki, V ixtisas qrupunda Bədən tərbiyəsi və idman, Solo oxuma, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı və Rəqs müəllimliyi ixtisasları siyahıdan çıxarılıb. Dekorativ sənət, Dizayn (təsviri sənət istiqaməti), Dizayn (memarlıq və dizayn istiqaməti) və Məşqçi (idman növü üzrə) ixtisasları əsasında Dekorativ tətbiqi sənət (sahələr üzrə), Dizayn (sahələr üzrə) və Məşqçilik ixtisasları formalaşdırılıb.

V ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) və Vokal sənəti (sahələr üzrə) ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra V ixtisas qrupuna aşağıdakı 19 ixtisas daxildir:

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
Musiqi müəllimliyi
Təsviri incəsənət müəllimliyi
Aktyor sənəti
Bəstəkarlıq
Dekorativ tətbiqi sənət (sahələr üzrə)
Dirijorluq (sahələr üzrə)
Dizayn (sahələr üzrə)
Heykəltəraşlıq
İnstrumental ifaçılıq (sahələr üzrə)
Musiqişünaslıq
Operator sənəti
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
Qrafika
Rejissorluq
Rəngkarlıq
Vokal sənəti (sahələr üzrə)
Xoreoqrafiya sənəti (sahələr üzrə)
Məşqçilik.


Qeyd edək ki, bu ixtisaslar xüsusi qabiliyyət tələb edən ixtisaslardır.

Femida.az

Açar sözlər:

Oxunub: 924