İsmayıllıda ağac kəsən şəxs cərimələndi


17:53     08 Fevral 2020 odun%20agac.JPG


6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları İsmayıllı şəhəri M.Orucov, 124 ünvanında 12 ədəd müxtəlif cinsli ağacın kəsildiyini aşkar edib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən ərazinin mülkiyyətçisi İsmayıllı şəhər sakini Nazim Bağıyevin göstərişi ilə kəsildiyi məlum olub, faktla bağlı akt tərtib edilib və təbiətə 7800 manat məbləğində ziyan dəyib.

Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İsmayıllı rayon Prokurorluğuna göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 754