Anbardan oğurluq edilib


15:54     08 Fevral 2020 ogurluq.jpg

Bakıda anbar qarət edilib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az
-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə fevralın 6-na keçən gecə rayon ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağının oğurlanması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Atakişiyev, Biləsuvar rayon sakinləri S.Əliyev və E.Əmirbəyli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 827