Deputatlığa namizədlərin 79 faizi kişilər, 21 faizi qadınlardır


18:53     08 Fevral 2020 mezahir0.jpg

Azərbaycanda namizədliyi qeydə alınan 246 namizəd siyasi partiyaların siyahıları ilə irəli sürülüb.

Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərdən 1057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır.

Açar sözlər:

Oxunub: 851