MSK-nın “qaynar xətti”nə bir neçə müraciət daxil olub


10:59     09 Fevral 2020 MSK23.jpg

Bu gün keçirilən Milli Məclisə seçkilərlə əlaqədar indiyə qədər Mərkəzi Seçki Komissiyasının "qaynar xətti"nə bir neçə sorğu xarakterli müraciətlər daxil olub.

Femida.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib. O bildirib ki, MSK-nın "Qaynar xətt"i aktivdir və indiyə qədər bir neçə müraciət daxil olub: "Həmin müraciətlərin bir neçəsi əsasən məlumat xarakterlidir. Müraciətlər operativ olaraq cavablandırılıb".

Femida.az

Açar sözlər:

Oxunub: 669