“Seçkidə hamıya bərabər şərait yaradılıb” - MDB PA müşahidəçisi


15:09     09 Fevral 2020 20_02_09_1581246586.jpg

“İndiyədək bir neçə seçki məntəqəsində olmuşuq. Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün hər kəs üçün bərabər şərait yaradılıb”.

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvü İqor Komarovski deyib.

İ.Komarovskinin sözlərinə görə, seçkilər sakit şəraitdə keçir. O əlavə edib ki, Azərbaycan xalqı ölkənin gələcək inkişafı üçün öz doğru seçimini edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 718