Məzahir Pənahovdan xəbərdarlıq


16:25     09 Fevral 2020 20_02_09_1581250007.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.

Femida.az-ın xəbərinə görə, MSK sədri bildirib ki, sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq.

O qeyd edib ki, bu dəfə paylaşılan məlumatlarla bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək:

“Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib. Kaş ki, bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi, görünür, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 697