Qarabağ qazisi vəfat etdi


10:18     10 Fevral 2020 2020/02/84330598_1571210459685919_6057354740197490688_n_1581315713.jpg


Döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanan hərbçi Qoşqar Hacıyev vəfat edib.


Femida.az-ın xəbərinə görə, o, ötən gecə “Ege Hospital”da dünyasını dəyişib.

Qeyd edək ki, Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edib.

2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında müalicə həyata keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 3485