“Bir çox ölkələrdə bu təcrübə tətbiq olunmalıdır” - Britaniyalı müşahidəçilər


12:30     10 Fevral 2020 2020/02/5f528-1581322463_1581323547.jpg

Azərbaycanda keçirilən parlament seçkilərini Böyük Britaniyanın müşahidə missiyası izləyib. Missiyanın üzvləri apardıqları müşahidələrin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.

Femida.az xəbər verir ki, britaniyalı müşahidəçilərin açıqlamasında deyilir: “Biz artıq beşinci dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edirik. Prezident seçkilərində də müşahidəçi qismində iştirak etmişdik. Bizdə yüksək təəssüratı daha çox seçkidən əvvəl müşahidəçilərin hüquq və vəzifələrinin əks olunduğu sənədlər yaratdı. Siyahıda seçki bülletenlərində namizədlərin adları qarşısında qısa məlumat var idi. Düşünürük ki, Britaniya da daxil olmaqla bir çox ölkələrdə bu təcrübə tətbiq olunmalıdır. Seçki prosesində yüksək texnologiyalardan istifadə edilirdi. Prosesin pozulmasına imkan verilmirdi. Qadın müşahidəçilərin sayı kişilərdən daha çox idi. 800-dən çox xarici müşahidəçinin dəvət olunması isə hökumətin prosesə nə dərəcədə fəal hazırlığının göstəricisidir”.


Femida.az

Açar sözlər:

Oxunub: 604