Qaxda yük maşını aşıb
14:00 28 Noyabr 2015
Göyçaydan Balakənə xurma aparan yük maşını qəzaya düşüb.
Hadisə noyabrın 27-i axşam saat 22:30 radələrində Yevlax-Zaqatala Gürcüstan sərhəd magistral yolunun 103-cü kilometrliyində, Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakən rayon Tülü kənd sakini, 53 yaşlı İlqar Kamal oğlu Layıcov idarə etdiyi 08-BG-580 dövlət nömrə nişanlı "Mercedes" markalı yük avtomobililə Balakən istiqamətində hərəkətdə olarkən avtomobilin arxa təkərinin partlaması nəticəsində maşını yolun kənarına aşırıb.
Hadisə nəticəsində sürücü xəsarət almasa da, yük maşınında olan 600 ədəd xurma yeşiyi, təqribən 6 tona yaxın xurma magistral yola dağılıb, avtomobil isə yararsız hala düşüb. Qəzaya uğrayan yük avtomobili Göyçaydan alınan xurmanı Balakəndə fəaliyyət göstərən soyuducu kameraya aparırmış.
Faktla bağlı BDYP-i idarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır./apa/
Oxunub: 1053
Oxşar xəbərlər
- Qaxda zavodda yanğın olub
- Qaxda yanğının qarşısı alındı
- Qaxdakı yanğın söndürüldü
- Qaxda ağır qəza - ölən və yaralananlar var
- Qaxda şagird ehtiyatsızlıqdan özünü asıb
- Qaxda Bayraq Muzeyinin açılışı olub
- Qaxda ağac `soyqırımı` - Nazirlik prokurorluğa akt göndərdi
- Qaxda xəstəxana yanıb
- Qaxda 100-dən artıq ağac qanunsuz kəsildi
- Qaxda musiqiçi itkin düşüb