Elmar Məmmədyarov avstriyalı nazirlə görüşüb
16:27 10 Fevral 2020
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal naziri Aleksandr Şallenberq ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə ətraflı fikir mübadiləsi aparılıb və ölkələr arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub.
Söhbət zamanı nazirlər ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin, Azərbaycan və Avstriyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi müzakirə edilib.
Azərbaycanla Avstriyanın yüksək səviyyəli siyasi əlaqələrinin mövcudluğunu diqqətə çatdıran E. Məmmədayraov ölkələr arasında iqtisadi-ticarət, nəqliyyat, humanitar və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Avstriya şirkətlərinin Azərbaycanda əməkdaşlıq imkanlarına toxunularaq Azərbaycan ilə Avstriya arasında iqtisadi əməkdaşlığın gündən-günə möhkəmləndiyi və 60-a qədər Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi bildirilib.
Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulanaraq Avstriya şirkətlərinin Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturundan faydalana biləcəyi qeyd olunub. Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunbu və bu əlaqələrin inkişafına dəstək ifadə edilib.
Femida.az
Oxunub: 902
Oxşar xəbərlər
- Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı
- Elmar Vəliyevlə bağlı ekspertiza rəyi açıqlandı
- Elmar Məmmədyarovun anası rəhmətə gedib
- Elmar Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub
- Elmar Məmmədyarov DTX-yə müraciət etdi
- Elmar Məmmədyarov Aİ rəsmisi ilə görüşəcək
- Elmar Məmmədyarov Polşanın yeni səfiri ilə görüşüb
- Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü başladı
- Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
- Elmar Məmmədyarov Gürcüstanda səfərdədir