AQTA bu şirkətin satışına qadağa qoydu
17:41 10 Fevral 2020
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
AQTA-dan Femida.az-a verilən məlumata görə, sözügedən tədbirlər çərçivəsində keçirilən monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında əksini tapan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib. Bununla bağlı olaraq Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı “Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxalama keçirilib. Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib və məhsulun satışı dərhal dayandırılıb.
Aşkarlanan faktla əlaqədar “Karona LTD” MMC qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər həyata keçirəcəkdir.
Femida.az
Oxunub: 689
Oxşar xəbərlər
- AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
- AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib
- AQTA 9 dönərxanada nöqsanlar aşkarlayıb
- AQTA-nın keçmiş vəzifəli əməkdaşına hökm oxunub
- AQTA kütləvi zəhərlənmə məlumatı ilə bağlı açıqlama verib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA sədri fitosanitar qaydalara əməl etməyən sahibkarlara müraciət edib
- AQTA 393 ictimai iaşə obyektində 676 monitorinq keçirib
- AQTA daha 3 kafe və restoranı cərimələyib