Gömrükçülər siqaret və mobil telefon qaçaqmalıçılığının qarşısını aldı


17:58     10 Fevral 2020 dovlet_gomruk_komitesi_041.jpg

Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 230" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub.


Bu barədə Femida.az-a DGK-dan məlumat verilib.

Məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin arxa oturacaqlarına reaksiya verib. Təkrar baxış nəticəsində həmin oturacaqların altında "Pirveli" markalı 5600 ədəd siqaret aşkarlanıb.

DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında isə Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan "Lada 211440" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerinin sağ və sol örtüklərinin, eləcə də maqnitofon üçün nəzərdə tutulan yerin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən, polietilen paketlərdə 30 ədəd "Samsung Galaxy S 9+" markalı mobil telefon aşkarlanıb.

Şübhəli məqamlar olduğu üçün nəqliyyat vasitəsinə rentgen aparatında baxış keçirilib, bu zaman avtomobilin yük yerinin sağ və sol örtüklərinin arxasındakı boşluqlarda polietilen paketlərdə daha 10 ədəd "Samsung Galaxy S 9+" markalı mobil telefonlar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 840