Rusiya Türkiyə ilə vizasız gediş-gəlişi dayandırır


14:11     28 Noyabr 2015 Capture0.PNG

Yanvarın 1-dən Rusiya ilə Türkiyə arasında vizasız gediş-gəliş dayandırılacaq.


Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya xarici siyasət idarəsinin rəhbəri Valid Muallem ilə birgə mətbuat konfransında bildirib. Nazir deyib ki, bu qərar Rusiya Federasiyasının və ölkə vətəndaşlarının təhlükəsizliyi ilə əlaqədar qəbul edilib.

İki ölkə arasında vizasız gediş-gəliş haqqında saziş 2010-cu ildə imzalanıb. Sənədə əsasən, bir ölkənin vətəndaşları digər ölkədə 30 gün ərzində vizasız qala bilərlər. 2013-cü ildə Türkiyə birtərəfli qaydada bu müddəti 60 günədək uzadıb.

Eyni zamanda, bu gün məlum olub ki, Rusiya TÜRKSOY ilə bütün əlaqələri kəsir. Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bu ölkənin türksoylu respublikalarına – Altay, Başqırdıstan, Saxa, Tatarıstan, Tıva, Xakasiya respublikalarına müvafiq teleqram göndərib.

Teleqramda deyilir ki, Rusiyanın subyektləri TÜRKSOY beynəlxalq təşkilatı ilə bütün əlaqələri kəsməlidirlər.

Açar sözlər:

Oxunub: 834