BNA-nın əməkdaşları yıxılaraq xəsarət alan piyadanı xəstəxanaya çatdırıb


22:53     10 Fevral 2020 20_02_10_1581360903.jpg

Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində qeydə alınıb.

Piyada qadın səkidə hərəkət edən zaman yıxılaraq sınıq xəsarətləri alıb. Yaxınlıqda xidmət aparan Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları xəsarət alan qadını xidməti avtomobillə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırıb.

Açar sözlər:

Oxunub: 738