MSK İqbal Ağazadənin şikayətini baxılması üçün DSK-ya göndərib


23:45     10 Fevral 2020 20_02_10_1581364010.jpg

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Femida.az -ın məlumatına görə, iclasda Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

MSK prosedura uyğun olaraq müraciətə müvafiq dairə seçki komissiyasında baxılması barədə qərar verib.

Qeyd edək ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid Partiyasının deputatlığa namizədi bu partiyanın sədri İqbal Ağazadə olub.

Açar sözlər:

Oxunub: 707