Marketdə qətl törədən şəxs tutuldu - RƏSMİ
09:20 11 Fevral 2020
Bakıda qətl törədən şəxs saxlanılıb.
Bu barədə Femida.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında, Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu kürək nahiyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 637
Oxşar xəbərlər
- Marketdə yararsız məhsullar aşkarlanıb
- Marketdən içərisi pulla dolu seyf oğurlandı
- Marketdən seyf oğurlayan şəxs saxlanılıb
- Marketdə işləyən 18 yaşlı oğlan itkin düşdü
- Marketdə satıcını döyən gənc məhkəmə zalında həbs edilib
- Marketdən 14 min manat oğurluq edən şəxs tutulub
- Marketdən yağ oğurlayanı döyən hakim qarşısında - VİDEO
- Marketdən yağ oğurlayan şəxsi döydülər - VİDEO