Qardan sonra Bakı yollarında son vəziyyət


09:23     11 Fevral 2020 2020/02/7c98a8c5-0bbd-40d2-ab58-4c0ab71f4b16_1581398679.jpg


Gecə saatlarından Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.


Femida.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb. Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur.

Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

Femida.az

Açar sözlər: #qar   #yol  

Oxunub: 787