64 nəfər hakimliyə namizəd növbəti mərhələyə keçdi - TAM SİYAHI


09:50     11 Fevral 2020 20_02_11_1581400365.jpg


Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.

Femida.az xəbər verir ki, hazırda imtahanlarda uğur qazanmış 44 nəfər namizəd hakim vəzifəsinə hazırlanmaları üçün tədris kursuna vəsiqə qazanıb. Ədliyyə Akademiyasında keçirilən bu kurslarda nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris edilir. Onların məhkəmələrdə, həmçinin, beynəlxalq təcrübəni öyrənmələri məqsədilə xarici dövlətlərdə staj keçmələri nəzərdə tutulur.

Eyni zamanda müsabiqə davamlı xarakter alıb və növbəti test imtahanında müvəffəqiyyət qazanmış namizədlərlə dekabrın 14-də yazılı imtahan keçirilib.

105 nəfərin iştirak etdiyi həmin imtahan zamanı namizədlər cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sualı yazılı cavablandırıb. İmtahanı beynəlxalq təşkilat və yerli QHT-lərdən olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri izləyib.

Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssis-ekspertlər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Onların qanunun məzmununu açmaq və izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 64 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb.

Eyni zamanda bildirilir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və artıq 140-dan çox hüquqşünas sənədlərini həmçinin, elektron qaydada təqdim edib. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

Müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmış hakimliyə namizədlərin SİYAHISI:

1. Ağabəyov Nicat Rauf oğlu
2. Axundova Aynur Oqtay qızı
3. Alıyeva Həlimə Rəşid qızı
4. Allahverdiyev Səlim Məhərrəm oğlu
5. Almazova Aysev Mehman qızı
6. Aslanov Murad Şamxal oğlu
7. Aslanov Sənan Aslan oğlu
8. Aşurova Günay Raqif qızı
9. Babaşov Fuad Bəhruz oğlu
10. Bədəlov Xəyal Natiq oğlu
11. Cəbrayılzadə Elza Vaqif qızı
12. Cəfərli Orxan Nazim oğlu
13. Cəlilov Əli İsa oğlu
14. Dadaşova Şəfa Əliövsət qızı
15. Əfəndizadə Mehriban Xalid qızı
16. Əhmədova Nərmin Məzahir qızı
17. Əlisoy Xalidə Kəramət qızı
18. Əliyev Asif Əmrah oğlu
19. Əliyev Fərid Nadir oğlu
20. Əliyev Kamil Çingiz oğlu
21. Əsgərov Ruslan Rüstəm oğlu
22. Əsgərova-Məmmədova Leyla Səyavuş qızı
23. Hacıyev Vüqar Oqtay oğlu
24. Hacıyeva Sahibə Cavid qızı
25. Hacıyeva Sülhanə Sərdar qızı
26. Hacızadə Fəxri Hümmət oğlu
27. Həşim Rəşad Əlisahib oğlu
28. Hüseynov Nahid Nəsir oğlu
29. Hüseynova Amilya Aqil qızı
30. Xanməmmədova Liza Əliəşrəf qızı
31. İmanova Nigar Arzu qızı
32. İsmayılov Elmir Akif oğlu
33. Qarayev Qəhrəman Maşalla oğlu
34. Qasımov Abusət Sahib oğlu
35. Qasımov Əli Adil oğlu
36. Qasımov Vüqar İnqilab oğlu
37. Qasımova Vüsalə Yadigar qızı
38. Qədirli Nigar Aftandil qızı
39. Qədirova Şəbnur Şakir qızı
40. Qələndərzadə Ramiq Ramis oğlu
41. Quliyev Camal Yusifəli oğlu
42. Quliyev Rauf Süleyman oğlu
43. Quliyev Tariyel Şirindil oğlu
44. Quliyeva Gülnaz Elxan qızı
45. Məlikov Tural Rauf oğlu
46. Məmmədli Aydan Zakir qızı
47. Məmmədova Səidə Hüseynağa qızı
48. Məmmədova Şəfəq Ənvər qızı
49. Məmmədzadə Səbinə Adil qızı
50. Mustafayev Taleh Məhəmmədəli oğlu
51. Müslümov Bəhruz Firizman oğlu
52. Nağıyev Seymur Oqtay oğlu
53. Nəcəfov Hilal Nəcəfalı oğlu
54. Nəsibov Rəşad Eldar oğlu
55. Nəsrullayev Fərdi Eynulla oğlu
56. Nuriyev Rəşad Mövsüm oğlu
57. Poladova Aytən Esman qızı
58. Rzayeva Aynur Tapdıq qızı
59. Sadıqova Aynurə Vahid qızı
60. Səfərli Xədicə Əlicabbar qızı
61. Sultanov Səməd Samir oğlu
62. Tağıyeva Nərgiz Nazim qızı
63. Tapdıqov İlqar Məhərrəm oğlu
64. Umarov Vüsal Soltanverdi oğlu

Femida.az

Açar sözlər: #hakim   #məhkəmə   #hüquq  

Oxunub: 2985