DİN Göyçayda əməliyyat keçirdi - Silah-sursat aşkar edilib


10:10     11 Fevral 2020 ov-tufengi.jpg

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Yenikənd kənd sakini Ədalət Cəfərovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 632