Azərbaycan XİN İranı təbrik etdi


11:43     11 Fevral 2020 xin6.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi İran rəhbərliyini İslam inqilabının 41-ci ildönümü münasibətilə təbrik edib.


Femida.az xəbər verir ki, nazirlik təbrik mətnini “Twitter” səhifəsində yayıb.

Təbrikdə deyilib:

“İki ölkə arasında olan münasibətlər tarixən dostluq və mehriban qonşuluq mühitində yaşayan xalqların iradəsinə əsaslanıb. Bu gün biz İran İslam Respublikasının Milli Günü münasibətilə təbrik edir və bütün iranlılara sülh və çiçəklənmə arzulayırıq”.

Açar sözlər:

Oxunub: 629