Qadın sürücü sərxoş halda saxlanıldı (VİDEO)


14:26     28 Noyabr 2015 63918_egznza4oi6.jpg

Tanınmış prodüser Təranə Səmədova sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb.


Femida.az-ın məlumatına görə, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.

Yol polisi əməkdaşları "Hyundai" markalı 90 ST 666 dövlət nömrə nişanlı avtomobili saxlayıblar. Məlum olub ki, sürücü, prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinədən imtina edib. Sürücü müqavimət göstərdiyinə görə, yol polisi əməkdaşları Post Patrul Xidmətindən yardım istəyiblər. Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər və Təranə Səmədova məcburi qaydada tibbi müayinəyə aparılıb.

Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Açar sözlər:

Oxunub: 1171