Ərdoğan Azərbaycana gəlir


13:30     11 Fevral 2020 20_02_11_1581413458.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Femida.az -ın xəbərinə görə, səfər fevralın 24-25-nə nəzərdə tutulur.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.

Açar sözlər:

Oxunub: 548