Suraxanıda yanğın


14:40     28 Noyabr 2015 azvisionyangin0658.jpg

Bakıda evdə yanğın hadisəsi baş verib.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın hadisəsi Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, sözügedən rayonda vətəndaşa məxsus birmərtəbəli evin xarici divarına quraşdırılmış qaz sayğacı yanıb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ev və yaxınlıqdakı digər sayğacı yanğından mühafizə etmək mümkün olub.

Açar sözlər:

Oxunub: 874