ELAN: Vəkillər pulsuz hüquqi yardım göstərəcək


16:08     11 Fevral 2020 vekil.jpg

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələn vacib məsələlərdən biri də aztəminatlı ailələrin keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsidir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən bu vəzifələrin icrası istiqamətində tədbirlər həyata keçirilməkdədir.

Belə ki, mütəmadi olaraq Respublikanın müxtəlif regionlarında hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi üzrə tədbirlər icra olunur.

Məlumat üçün bildiririk ki, 15 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı Kürdəxanı qəsəbəsində vətəndaşlarımıza hüquqi yardım xidmətlərinin göstərilməsi planlaşdırılmışdır. Tədbir saat 11.00-dan 14.00-dək keçiriləcəkdir.

Tədbirdə hüquqi maarifləndirmə və hüquqi yardım işi Bakı şəhəri 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən göstəriləcəkdir.

Açar sözlər:

Oxunub: 1079