Azərbaycanda süni mayalanma mərkəzi yüksək məbləğdə cərimələndi


18:25     11 Fevral 2020 20_02_11_1581423954.jpg

Azərbaycanda süni mayalanma fəaliyyəti ilə məşğul olan Bahçeci Bakı Tibb Mərkəzi ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.


Femida.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.

Qeyd edək ki, Bahçeçi Bakı Tibb Mərkəzi 7 ölkədə 13 mərkəzlə Tükiyə, Yaxın Şərq və Balkan ölkələrinin ən böyük süni mayalanma zənciri olan "Bahçeci Sağlık Grubu"na aiddir.

Tibb Mərkəzi türkiyəli professor-doktor Mustafa Bahçecinin rəhbərliyi ilə Azərbaycanda Mərkəzi Gömrük Hospitalı ilə ortaq fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 964