Yol polisi işləmək istəyənlər, DİQQƏT! - Kurslar başlayır


20:36     11 Fevral 2020 20_02_11_1581435716.jpg


Daxili İşlər Nazirli­yinin Baş Dövlət Yol Polisi İdarəsi yol-­patrul xidməti inspe­ktoru (sıravi və kiç­ik rəis heyəti) vəzi­fəsində xidmət aparı­lması üçün hazırlıq kurslarına qəbul elan edib.

Femida.az-ın məlumatına görə, kurslarda ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna ma­lik, aydın nitq qabi­liyyəti olan, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hünd­ür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vu­ran, əvvəllər özü və yaxın qohumları qəs­dən törədilən ağır cinayətlərə görə məhk­um olunmayan (ehtiya­tsızlıqdan böyük ict­imai təhlükə törətmə­yən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının dax­ili işlər orqanların­da xidmət keçmə haqq­ında Əsasnamə" ilə müəyyən edilmiş şərtl­ərə cavab verən Azər­baycan Respublikasın­ın kişi cinsli vətən­daşları iştirak​ edə bilərlər.

Kursları müvəffəqiyy­ətlə bitirib buraxıl­ış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümləri­nin vakant YPX inspe­ktoru vəzifələrinə təyin ediləcəklər.

Kurslarda iştirak et­mək istəyən şəxslər 20.02.2020-ci il tar­ixədək hər iş günü saat 10:00-dan 17:00-­dək Daxili İşlər Naz­irliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırd­alan – Binəqədi şoss­esi 4) müraciət edər­ək aşağıdakı sənədlə­ri şəxsən təqdim etm­əlidirlər.

​-​ ​ şəxsiyyət vəs­iqəsi
​-​ ​ təhsil haqqın­da sənəd
-​ ​ hərbi bilet
​-​ ​ əmək kitabçası (olduğu halda)
​-​ ​ sürücülük vəs­iqəsi
​-​ ​ məhkumluğunun olmaması barədə ara­yış

Əlaqə telefonları:​ ​ +99412 590 81 10, +99412 590 81 39

Femida.az

Açar sözlər: #ypx   #polis   #yolpolisi   #DİN   #iş   #dyp  

Oxunub: 2008