Şirvan polisi vətəndaşın həyatını xilas etdi


20:52     11 Fevral 2020 20_02_11_1581436060.jpg

Şirvanda polis çətin vəziyyətdə qalan vətəndaş Cəmilə Süleymanovanın həyatını xilas edib.


Femida.az xəbər verir ki, işdən evə gələn zaman vətəndaş pəncərədən tüstü çıxdığını görüb. Dərhal polisə zəng edən qadın oğlunun içəridə olduğunu bildirib. Polis əməkdaşları evə daxil olaraq, huşsuz vəziyyətdəki oğlanı çıxarıb, ona ilkin tibbi yardım göstərdilər. Digər polislər isə evdəki yanğını söndürməyə müvəffəq olublar".

Vətəndaş Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyinə təşəkkür edib:

"Şirvan polisinin bütün kollektivinə öz minnətdarlığımı bildirirəm! Mənim yaşamağıma, evimizin yanmamağına səbəbkar onlardır. Biz polisimizlə fəxr etmişik ki, onların hesabına rahat yatırıq. Hadisə günü mən bir daha şahid oldum ki, biz polisimizə arxayin ola bilərik. Canımızı, malımızı, mülkümüzü Azərbaycan Polisinə əmanət edə bilərik. Hər bir polis əməkdaşına təşəkkürümü bildirirəm!".



Qeyd edək ki, hadisə baş verən zaman Şirvan Şəhər Polis Şöbəsində xidmət aparan əməliyyat-istintaq qrupunun üzvləri polis baş leytenantı Nicat Ələkbərov, polis kapitanı Abbas Rəcəbli, polis serjantları Tural Şəmmədov və Yunis Abışov yanan mənzildən İlqar Süleymanovu çıxararaq ona ilkin tibbi yardım göstəriblər və yanğının miqyasının genişlənməsinin qarşısını alıblar.

Hazırda İlqar Süleymanovun səhətində heç bir problem yoxdur. Xilaskar polis əməkdaşlarına onu yenidən həyata qaytardıqlarına görə öz dərin təşəkkürünü bildirib.

Femida.az

Açar sözlər: #polis   #Şirvan  

Oxunub: 2120