Övladına şişlə işgəncə verən anaya cinayət işi açılıb


09:56     12 Fevral 2020 20_02_12_1581487084.jpg

Tərtərdə ana azyaşlı övladını yandırıb.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb.

Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 619


Oxşar xəbərlər