Sərxoş halda cinayət törədən şəxs məsuliyyətdən azaddırmı? - HÜQUQİ YARDIM


12:26     12 Fevral 2020 2020/02/239164_1581496518.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu sərxoş halda törədilən cinayətin məsuliyyəti ilə bağlıdır.


Bəzən cinayət törədən şəxslər özlərini müdafiə etmək məqsədi ilə sərxoş halda olduqlarını əsas gətirməyə çalışırlar.

Bəs sərxoş halda cinayət törətmiş şəxs məsuliyyətdən azad olunurmu?


Femida.az Cinayət Məcəlləsinə istinadən xəbər verir ki, sərxoş halda törədilmiş cinayətə görə heç kim məsuliyyətdən azad olunmur. Məcəllənin 23-cü maddəsində qeyd olunur ki, səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquq   #xəbərlər  

Oxunub: 1953