Prezident Kürdəmirdə yeni yol və aqroparkın açılışını etdi


14:23     12 Fevral 2020 2020/02/a6a0ebe0-240a-4d19-b8a1-0d43eae0ba84_3163006162.jpg

Fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatı olub.

Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Bundan başqa Prezident Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında da iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.



Femida.az

Açar sözlər: #Prezident   #Kürdəmir   #açılış  

Oxunub: 928