AQTA qanunsuz quş əti emal edən müəssisə aşkarladı
15:15 12 Fevral 2020
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi 43 ünvanında fiziki şəxş Rəhimov Məsud Akif oğluna məxsus quş kəsimi sexinə reyd keçiriblər. Yoxlama zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi aşkarlayıb.
AQTA-dan Femida.az-a verilən məlumata görə, yoxalama zamanı müəssisədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı aşkarlanıb.
Baxış zamanı quş əti emalı müəssisəsinin ərazisinə qəbuldan əvvəl, daxil olan quşların baytarlıq müayinəsindən keçirilmədiyi, quşların kəsimdən öncəki müayinəsi, karkasların və daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytarlıq-sanitariya nəzarəti baytar həkim tərəfindən aparılmadığı müəyyən olunub. Bundan başqa hazır məhsulların saxlanması zamanı, mövcud normativ-texniki sənədlərdə nəzərdə tutulmuş temperatur və rütubət şərtlərinə əməl olunmadığı müşahidə olunub.
Aşkarlanmış nöqsanlara görə qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qanunvericiliklə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə kəsim kəsimin həyata keçirilməsi yolverilməzdir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
Femida.az
Oxunub: 558
Oxşar xəbərlər
- AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
- AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib
- AQTA 9 dönərxanada nöqsanlar aşkarlayıb
- AQTA-nın keçmiş vəzifəli əməkdaşına hökm oxunub
- AQTA kütləvi zəhərlənmə məlumatı ilə bağlı açıqlama verib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA sədri fitosanitar qaydalara əməl etməyən sahibkarlara müraciət edib