Kürdəmirdə məktəb tikintisinə 2 milyon manat ayrılıb


17:13     12 Fevral 2020 2020/02/890bd8d8-1a16-4161-87bd-53326d4f0202_1581513258.jpg


Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncama əsasən, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 468