Miqrasiya Xidməti Ucarda səyyar xidmət təşkil edib


17:33     12 Fevral 2020 20_02_12_1581513679.jpg


Dövlət Miqrasiya Xidməti Ucar rayonunda səyyar xidmət təşkil edib.

Femida.az xəbər verir ki, Yevlax regional miqrasiya idarəsinin xidməti ərazisi olan Ucarda təşkil edilən səyyar xidmətin imkanlarından 12 nəfər istifadə edib. Onlardan 4-ünə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, 1 nəfərə isə daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib.

Müraciət edənlərdən 1-i Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sənəd verib. 6 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, iş icazələrinin alınması ilə bağlı tələb edilən sənədlərin siyahısı təqdim olunub.

Səyyar xidmətin təşkilində məqsəd vətəndaşların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunu, onların müraciətlərinin yerində və operativ həllini təmin etməkdir.

Femida.az

Açar sözlər: #Miqrasiya  

Oxunub: 798