Azərbaycanda arxiv sənədlərinin sığorta fondu yaradılacaq


21:01     12 Fevral 2020 2020/02/fa5283e2-dcae-4b34-a39e-783602666bf0_1581526902.jpg

Azərbaycanda Milli Arxiv Fondu sənədlərinin sığorta fondu yaradılacaq.

Femida.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Proqramda dövlət arxiv təşkilatlarının əsas istiqamətlər üzrə fəaliyyətinin avtomatlaşdırılması nəzərdə tutulub.

Belə ki, Milli Arxiv İdarəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə arxiv fondlarının elektron fond kataloqunun yaradılması, arxiv sənəd daşıyıcılarının mühafizəxanalarda yerləşdirilməsinə avtomatlaşdırılmış nəzarətin təşkili (elektron topoqrafik göstəricinin yaradılması), istifadə olunan arxiv fondu sənədlərinin elektron qeydiyyat sisteminin yaradılması, Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan təşkilatların elektron reyestrinin yaradılması, elektron arxiv məlumat bazasının və Milli arxiv fondu sənədlərinin sığorta fondunun yaradılması, kino-foto-fono sənədlər üzrə ixtisaslaşmışarxivlərin elmi-məlumat aparatı sisteminin (kataloqun) avtomatlaşdırılması, Milli arxiv fonduna məxsus nadir və xüsusi qiymətli sənədlər də daxil olmaqla, bütün növ sənədləri özündə əks etdirən Vahid elektron arxiv reyestrinin yaradılması tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 871