Azərbaycan növbəti dəfə Çinə yardım etdi


09:14     13 Fevral 2020 20_02_13_1581570928.jpg

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.


Femida.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Çin Xalq Respublikasının Mienyen şəhəri ilə Sian şəhərinə tibbi ləvazimatlar göndərib.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Çin Xalq Respubllikasının xalqına yardım etmək məqsədilə Myenyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min ədəd 100 ml-lik spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tablet xloramiks, Sian şəhərinə isə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 ml-lik spirt göndərilib.

Qeyd edək ki, bu günə olan məlumata görə Çindә yeni növ koronavirus epidemiyası sәbәbindәn hәlak olanların sayı 1310 nәfәrә, virusa yoluxanların sayı isə 48,2 min nәfәrә çatıb. Onlardan bəzilərinin vәziyyәti ağırdır.

Femida.az

Açar sözlər:

Oxunub: 746