Çindən gələn daha bir nəfər KTM-ə yerləşdirilib - RƏSMİ
09:31 13 Fevral 2020
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.
Səhiyyə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin məlumatına əsasən, fevral ayının 12-si saat 17:30-da yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. Pekindən Abudabi şəhərinə, fevral ayının 12-si isə Abudabidən Bakıya gəlib. Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir: "Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddətin bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir".
Oxunub: 731
Oxşar xəbərlər
- Çindən gələn iki tələbədə koronavirus aşkarlanmadı - RƏSMİ
- Çindən gələn daha 2 tələbə xəstəxanaya yerləşdirilib
- Çindən gələn Azərbaycan vətəndaşının hərarəti normadan yüksək olub - RƏSMİ
- Çindən Türkiyəyə təyyarə reysləri dayandırılır
- Çindən təxliyə edilən azərbaycanlıların analizlərinin nəticələri sabah məlum olacaq
- Çindən gələn tələbələrdə koronavirus əlamətləri yoxdur - RƏSMİ
- Çindən gətirilən azərbaycanlı tələbələr karantində saxlanılır
- Çindən mal sifariş edənlərə pis xəbər - Koronavirusa yoluxa bilərsiniz!
- Çindən Azərbaycana gələn turistlərin sayı artır
- Çindən Azərbaycana daha bir blok qatarı çatır