Polisə məlumat verdi - Oğrular tutuldu
10:28 13 Fevral 2020
Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini yaşadığı evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, zərərçəkmişə məxsus evdən 18700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.
ŞRPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, A.Əliyevin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.
Femida.az
Oxunub: 696
Oxşar xəbərlər
- Polisə zor tətbiq edilməsi ilə bağlı cinayət işi açılıb
- Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO
- Polisə balta ilə hücum edənlərin məhkəməsi başlayır
- Polisə qarşı zor tətbiq edən şəxs həbs olundu
- Polisə tabe olmayan AXCP üzvü həbs edildi
- Polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib
- Polisə saxta jurnalist vəsiqəsi təqdim edən məktəb direktoru saxlanılıb - VİDEO
- Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
- Polisə yalan məlumat verən Bakı sakini saxlanılıb
- Polisə silahlı müqavimət göstərən şəxslərə cinayət işi açıldı