Qanunsuz saxlanılan silah aşkarlandı


10:54     13 Fevral 2020 2020/02/ismayili_tufenq_130220_1581576978.jpg

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Qalınçaq kənd sakini Namiq Babayevdən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 693