10 ölkənin vətəndaşları saxta sənədlərlə Azərbaycana keçmək istəyib


12:05     13 Fevral 2020 2020/02/saxta_sened_1581581232.jpg

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd müha­fizə tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, DSX Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində son bir ay ərzində dövlət sərhə­dindən buraxılış məntəqəsində 38 əcnə­binin, o cümlədən 21 İran, 3 İraq, 3 Özbəkistan, 2 Hindistan, 2 Misir, 2 Pakistan, 2 Efiopiya, 1 Küveyt, Nigeriya və Nepal vətəndaşının sənədlərinin saxtalaşdırıl­ması halları müəyyən edilib.

Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər.

Femida.az


Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 593