İranda Rusiya üçün dualar oxundu


16:21     28 Noyabr 2015 1448653630_1.jpg


İranın paytaxtı Tehranda Baş imam Ayətullah Məhəmməd Əli Muvahhid Kermani İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlarına görə Rusiyaya dualar oxuyub.

Femida.az xəbər verir ki, Kermani cümə xütbəsi zamanı Rusiyaya uğurlar arzu edib.

“İnşallah, Allah İŞİD-i məhv etmək üçün Rusiyaya daha çox uğur nəsib edər. Suriyada vəziyyət daha da yaxşılaşır. Bir milyondan çox qaçqın Rusiyanın əməliyyatlarından sonra evlərinə qayıdıb”, - deyə Kermani vurğulayıb.

Baş imam Rusiya və Türkiyə arasında yaşanan gərgin olaylara görə, hər iki tərəfi səbrli olmağı çağırıb.

Açar sözlər:

Oxunub: 950