Prokuror dələduzluqda ittiham edilən sabiq məmura ağır cəza istədi


12:14     13 Fevral 2020 mehkeme7.jpg

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən sabiq məmur növbəti dəfə hakim qarşısına çıxarılıb.


Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Fərid Cəlilovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı törətdiyi əmələ görə Fərid Cəlilova 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib.

Qeyd edək ki, F.Cəlilov Türk Cumhuriyyətinin vətəndaşı Necati Elemanaya qarşı dələduzluq etməkdə təqsirli bilinir.

N.Elemana mətbuata açıqlamasında bildirib ki, F.Cəlilov ona zəng vuraraq, hərraca yeddi avtomabil çıxarılır və çox sərfəli qiymətə təklif olunduğunu deyib. Bu zaman N.Elemana Türkiyədəki mənzilini təcili sataraq, F.Cəlilova ümumilikdə 123 min manat çatdırıb. Həmin pulları alan F.Cəlilov avtomobilləri N.Elemana təqdim edə bilməyib. Türkiyə vətəndaşının şikayətindən sonra Azərbaycan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş araşıdırılıb və F.Cəlilovun barəsində dəldəuzluq maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, F.Cəlilov Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 677