AQTA saxtalaşdırılan məhsullar barədə xəbərdarlıq etdi


12:47     13 Fevral 2020 2018/08/aqta_1533113842.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar nəticəsində ən çox istehsal tarixi saxtalaşdırılan məhsullar süd və süd məhsulları, həmçinin qənnadı məhsullarıdır.



Femida.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
Sədrin sözlərinə görə, monitorinqlər zamanı həmin məhsulların son istifadə tarixlərinə müdaxilələrin edildiyi aşkarlanır :

"Son fakt kimi bunu qeyd edim ki, Yeni il bayramı ərəfəsində uşaqlar üçün nəzərdə tutulan karamel məhsullarının son istifadə müddətinin dəyişdirildiyi aşkarlanmışdı".

Femida.az

Açar sözlər:

Oxunub: 584